Zidan dostunu köməkçi götürdü
6 Yanvar 2016 11:44 İdmanİspaniyanın "Real Madrid" klubuna baş məşqçi təyin olunan Zinəddin Zidanın ilk köməkçisi müəyyənləşib. Goal.az xəbər verir ki, bu, fransalının "Kastilya"da birgə çalışdığı David Bettonidir. As nəşrinin iddiasına əsasən, klub prezidenti Florentino Peres Zidana etibar edəcəyi adamı köməkçi götürməyi tapşırıb. 43 yaşlı mütəxəssisin isə seçimi Bettoni olub. Digər köməkçiləri isə rəhbərlik təyin edəcək. Xatırladaq ki, Zidan və Bettoni "Kastilya"da birgə çalışmaqdan əlavə, 1990-cı ildə Almaniyanın "Kann" klubunda forma geyiniblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31