Qapıçı yığmaya baş məşqçi təyin olundu
5 Yanvar 2016 18:40 İdmanAmerikanın tanınmış qapıçısı Bred Fridel baş məşqçilik fəaliyyətinə başlayıb. Goal.az xəbər verir ki, 44 yaşlı qolkiper ABŞ-ın U-19 yığmasını çalışdıracaq. Fridel 1992-2005-ci illərdə "yankilər"in formasını geyib və millidə 82 oyun keçirib. Onun son klubu "Tottenhem" olub. Fridel ötən ilin mayında karyerasını başa vurandan sonra əsas millidə baş məşqçi Yurqen Klinsmannın köməkçisi kimi çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31