Mariya Stadnik: "Çalışacağam ki, Olimpiya Oyunlarının qızıl medalını qazanım” AÇIQLAMA
30 Dekabr 2015 18:45 İdman"2015-ci il mən və digər Azərbaycan idmançıları üçün uğurlu keçdi". Bu sözləri SİA-ya açıqlamasında Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dördqat Avropa çempionu, Avropa Oyunlarının qalibi Mariya Stadnik deyib. O qeyd edib ki, 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi və idmançılarımızın yüksək nailiyyətlər qazanması böyük uğurlarımızdandır: "İlk Avropa Oyunlarında məqsədimiz maksimum çoxlu sayda medallar qazanmaq, Azərbaycanı dünyaya tanıtmaq idi. Məqsədimizi reallaşdıra bildik. İlin sonunda isə Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına qatıldım. Mən orada Olimpiya Oyunlarına lisenziya qazandım İndi Rio Olimpiadasına hazırlaşıram. Karyeramda bircə Olimpiya Oyunlarının qızıl medalı çatışmır. Çalışacağam ki, 3-cü cəhddə Olimpiya Oyunlarının qızıl medalını qazanım".