Hacı Əliyev: "Azərbaycanın sərbəst güləş tarixində ilkə imza atmışam" AÇIQLAMA

"2015-ci il mənim üçün çox uğurlu oldu. Bu il mən ikiqat dünya çempionu oldum". Bu sözləri SİA-ya açıqlamasında ikiqat dünya, Avropa çempionu, Avropa Oyunlarının bürünc mükafatçısı Hacı Əliyev deyib. O, Azərbaycanın sərbəst güləş tarixində ilkə imza atdığını bildirib: "Ölkəmizdə sərbəst güləş tarixində ikiqat dünya çempionu yox idi. Azərbaycanda bu uğura ilk dəfə mən imza atmışam. Nə qədər ki, idmanda varam çalışacağam ki, bu nəticələri çoxaldım. Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında isə bürünc medal qazandım. Qızıl medal istəyirdim, amma heyif ki, bürünc medal oldu. Qarşıdan gələn Olimpiya Oyunlarına hazırlaşıram. Çalışacağam ki, orada da medal qazanım".

İdmançı xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31