"Mançester Siti"nin kapitanı Vensan Kompani əzələsində problemlə üzləşib. Goal.az xəbər verir ki, belçikalı müdafiəçi 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "BBC"yə açıqlama verən Mançester təmsilçisinin baş məşqçisi Manuel Pelleqrini məlumat verib.
Qeyd edək ki, V.Kompani İngiltərə Premyer Liqasının 18-ci turunda "Sanderlend"ə qarşı matçda zədələnib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31