"Barselona"da ayrılıq siqnalı
30 Dekabr 2015 15:08 İdman"Barselona"nın aparıcı oyunçularından olan Serxio Buskets karyerasını Fransada davam etdirə bilər. Apasport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi PSJ-nin maraq dairəsinə düşüb.
Paris təmsilçisinin heyətinə israrla qatmaq istədiyi futbolçuların siyahısında məhz Busketsin adı birinci pillədə qərarlaşıb. Fransızlar sözügedən xavbeki Tiaqo Mottanın yerini doldurmaq üçün transfer etmək istəyirlər.
"Barselona" rəhbərliyindən isə yeni müqavilə təklifi alan Busketsin hansı addımı atacağı maraq doğurur.
Qeyd edək ki, "Barsa"nı yetirməsi olan Buskets 2008-ci ildən əsas komandanın formasını geyinir. O, Kataloniya klubunun heyətində cari mövsümdə ümumilikdə 24 oyunda iştirak etsə də, qol hesabını aça bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31