Çexiyalı qapıçı dünyasını dəyişib
30 Dekabr 2015 19:43 İdmanÇexiya millisinin eks-qapıçısı Pavel Şrinçek dünyasını dəyişib. Goal.az xəbər verir ki, 47 yaşlı eks-qolkiperin dekabrın 20-də vəziyyəti pisləşib, 9 gün komada qaldıqan sonra vəfat edib. Onun meneceri Stiv Ureyt ölümün səbəbi kimi ürək tutmasını göstərib. Şrinçek karyerası ərzində "Nyukasl Yunayted", "Şeffild Venzdey", "Portsmut" və "Vest Hem Yunayted"də forma geymişdi. Çexiya millisində isə 49 dəfə qapını qorumuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31