Polşalı olimpiya çempionu vəfat edib
Atlet 81 yaşında ölüb
30 Dekabr 2015 19:20 İdmanPolşalı olimpiya çempionu Eljbeta Kşesinskaya vəfat edib. "Report"un məlumatına görə, o, 81 yaşında dünyasını dəyişib. 1956-cı ildə Avstraliyanın Melbrun şəhərində keçirilmiş XVI Yay Olimpiya Oyunlarında uzunluğa tullanma üzrə qızıl medal qazanmış Kşesinskaya 6.35 metr göstərici ilə dünya rekorduna imza atıb. Bundan 4 ildən sonra İtaliyanın paytaxtın Romada o, olimpiadanın gümüş medalına sahib çıxıb.
Kşesinskaya idmançı karyerasını başa vurduqdan sonra ABŞ-a yollanıb və orada yüngül atletika üzrə məşqçilik fəaliyyəti ilə məşğul olub. 2001-ci ildə isə o, vətəni Polşaya qayıdıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31