"Yuventus" gənc futbolçunu transfer etməyə çalışır

"Yuventus" heyətini gənc yarımmüdafiəçi Rolando Mandraqorla gücləndirəcək.  Goal.az xəbər verir ki, Turin klubu "Genoa"nın 18 yaşlı futbolçusunu transfer etmək üçün qarşı tərəflə prinsipial razılıq əldə edib. İndi "Yuventus" Mandraqorun öz razılığını almalıdır. Gənc yarımmüdafiəçiyə PSJ, "Mançester Siti" və "Liverpul" da maraq göstərir.

Mandraqor mövsümün ilk yarısını "Peskara"da icarədə keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31