"Qarabağ"ın istədiyi futbolçu Türkiyədə qaldı
29 Dekabr 2015 11:35 İdman"Əskişəhərspor"dan ayrılan Muarem Muaremin yeni komandası bəlli olub. Apasport.az xəbər verir ki, "Qarabağ"a qayıdacağı deyilən makedoniyalı yarımmüdafiəçi fərqli qərar qəbul edib.
Belə ki, Muarem Türkiyədə qalmağı lazım bilib. O, PTT I Liqada çıxış edən "Yeni Malatyaspor" klubu ilə anlaşıb. Malatya təmsilçisi ilə hər məsələdə razılığa gələn futbolçunun yeni komandasının Antalya hazırlığına qoşulacağı gözlənilir.
Karyerası ərzində "Rabotniçki", "Teteks", "Orduspor" klublarının da formasını geyinmiş Muarem 2012-2015-ci illər ərzində "Qarabağ"ın uğurları üçün çalışıb. O, Ağdam klubunun heyətində 127 oyunda 21 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31