Arda Turan metroda
29 Dekabr 2015 10:45 İdmanFutbolçu Arda Turan ictimai nəqliyyat vasitəsindən istifadə edib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu bunu tıxaclardan bezməklə əlaqələndirib. Ardanı metroda görənlər təəccübləniblər. 68 yaşlı modelyer Cihan Sarıkaya da futbolçunun yanına gələrək: "Sən o məşhur futbolçu deyilsən, oğlum?" - deyə soruşub. Arda onun dediyini təsdiq edib. Daha sonra ikili selfi çəkdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31