Qan, nokaut və cavab zərbəsi
29 Dekabr 2015 10:36 İdmanCənubi Afrika Respublikasının şimal-şərqində, Limpopo çayının sahillərində yaşayan venda tayfasının kişiləri hər il dekabrın 27-də yumruq döyüşlərinə çıxırlar. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1800-cü ildən bəri keçirilən "Musanqve" adlı bu turnirdə vendalı kişilər boksda güclərini sınayırlar.
Boks qaydaları ilə keçirildiyi iddia olunan döyüş yalnız rəqiblərdən birinin qanı axdığı zaman saxlanılır.
Döyüşün üç qaydası var:
1. Rəqiblərdən birinin qanı axanadək döyüş davam edir
2. Rəqiblərdən biri yıxılanda, nokauta düşəndə döyüş dayandırılır
3. Rəqiblərdən biri əlini qaldırıb təslim olduğunu deyərsə, döyüş dayandırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31