Azərbaycan Ermənistanla qarşılaşa bilər
29 Dekabr 2015 09:35 İdmanAzərbaycan millisi Ermənistanla qarşılaşa bilər. Anspress bildirir ki, söhbət iki ölkənin basketbol üzrə yığma komandalarından gedir.
Məsələ burasındadı ki, hər iki yığma kiçik ölkələr arasında keçiriləcək Avropa çempionatda iştirak edəcək. Hələlik iştirakçılardan 11 millinin kimliyi bəllidi. Bunlar Azərbaycan, Andorra, Cəbəllütariq, Malta, Moldova, Monako, Norveç, San-Marino, Uels, Ermənistan və Şotlandiyadır.
İştirakçıların tam siyahısı isə yanvarın 22-də dəqiqləşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31