Roman Qriqorçuk: “Azərbaycan çempionatı çox çətin turnirdi”

"Azərbaycan çempionatı Avrokubokda çıxış edən komandalar üçün çox çətin turnirdi". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Qəbələ"nin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk deyib. Odessa telekanallarından birinə danışan təcrübəli mütəxəssis Azərbaycan və Ukrayna çempionatlarını müqayisə edib. Topaz Premyer Liqasında mübarizə aparmağın heç də asan olmadığını deyən təcrübəli çalışdırıcı maraqlı fikirlər səsləndirib. O, Azərbaycanda çalışmaqdan narazı olmadığını dilə gətirib: "Şikayətlənmirəm. Əksinə, mənim üçün bu ölkədə işləmək çox maraqlıdı. Çempionatlar arasındakı fərqə gəlincə, lider komandalar - "Dinamo", "Şaxtyor" və "Dnepr"i çıxsaq, Azərbaycan çempionatı Ukrayna Premyer Liqasından heç nədə geri qalmır. Düşünürəm ki, Azərbaycanın 5-6 komandası Ukrayna çempionatında ciddi rəqabət yaradardı".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31