""Barselona"ya müqavimət göstərə biləcək komanda yoxdur"

"Hazırda "Barselona"ya müqavimət göstərə biləcək komanda yoxdur. Kataloniya təmsilçisi çox güclüdür. "Barsa" hazırda dünyanın ən yaxşı komandasıdır". Qol.az  xəbər verir ki, bu sözləri "Arsenal"ın futbolçusu Məsut Özil Britaniya mətbuatına açıqlamasında deyib.

Türkiyə əsilli alman futbolçu Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Barselona"dan çəkinmədiklərini bildirib: "Barselona" kimi güclü komandalara qarşı oynamaq çox yaxşıdır. Bu, "Arsenal" üçün yaxşı şansdır və oyunu səbirsizliklə gözləyirik. Rəqibə hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Əgər öz oyunumuzu sərgiləyə bilsək, qalib gələcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31