Muarem qayıdır?

Ötən mövsüm başa çatdıqdan sonra "Qarabağ"dan ayrılaraq Türkiyənin "Əskişəhərspor" klubuna keçən Muarem Muarem yenidən Ağdam klubuna geri dönür. Goal.az xəbər verir ki, Muarem artıq "Qarabağ"la keçid şərtlərini razılaşdırıb. Makedoniyalı futbolçunun "Qarabağ"ın Türkiyə toplanışı zamanı yanvarın 5-də Antaliyaya gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir. Muaremlə iki illik müqavilə imzalanacaq. 2012-ci ilin yayından 2015-ci ilin yayına kimi "Qarabağ"da çıxış edən yarımmüdafiəçi meydana çıxdığı 99 oyunda 17 qol vurmağa da imkan tapmışdı.

27 yaşlı yarımmüdafiəçi arxada qalan 6 ayda "Əskişəhərspor"un heyətində cəmi bir oyunda meydana çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31