FİFA-nın eks vitse-prezidenti məhkəmə qarşısına çıxacaq
25 Dekabr 2015 11:53 İdmanFİFA-nın sabiq vitse-prezidenti Euxenio Fiqeredo korrupsiya işi ilə bağlı istintaqa cəlb olunub. Goal.az-a istinadən xəbər verir ki, "COMNEBOL"-un 83 yaşlı sabiq rəhbəri "çirkli pulların yuylması" və dələduzluq maddələri ilə ittiham olunur. Uruqvaylı futbol funksioneri mayda həbs olunması haqqında qərar verilmiş 7 məmurdan biridir. Fiqeredo 2013-14-cü illərdə "COMNEBOL" prezidenti olmuşdu. Uruqvay Futbol Asosassiyasına isə 1996-2006-cı illərdə rəhbərlik etmişdi. FİFA vitse-prezidentliyi vəzifəsinə 2014-cü ildə keçmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31