"Arsenal" iki futbolçusu ilə müqavilə yeniləyir

"Arsenal" iki futbolçusu - Məsut Özil və Aleksis Sançesi uzun müddətə komandada saxlamağı planlaşdırır. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu məqsədlə London təmsilçisi hər iki futbolçuya yeni müqavilə təklif edib. Yeni müqaviləyə əsasən həm Özilin, həm də Sançesin maaşı artırılacaq. "Topçular"ın təklifini qəbul edəcəkləri təqdirdə hər iki futbolçu həftəsinə 300 min funt qazanacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31