Hicran Şərifov da XXXI Yay Olimpiya Oyunlarında hakim olacaq

London Yay Olimpiya Oyunlarında "Qızıl Fit"-lə mükafatlandırılmış 1S kateqoriyalı hakim Hicran Şəifov 2016-cı ilin avqust ayında Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında da ölkəmizi təmsil edəcək. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Güləş Federasiyasından daxil olub.
Xatırladaq ki, 2012-ci il London Olimpiadasında ümumilikdə 80 hakim görüşlərin idarə edilməsində iştirak edib. Rioda isə hakimlərin sayı 50 nəfər olacaq. Bundan başqa, 2016-cı ildə Qitə çempionatları və Olimpiadaya lisenziya xarakterli turnirlərdə səhvə yol verəcək hakimlərin dəyişdirilməsi məsələsi də gündəmdədir. Dünya Güləş Birliyi Hakimlər Kollegiyası Olimpiadaya vəsiqə qazanmış hakimlərdən diqqətli olmağı və reputasiyalarını qorumağı tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31