Didye Droqba “Çelsi”yə qayıdır

"Çelsi"nin əfsanəvi hücumçusu Didye Droqba yenidən bu komandaya qayıtmağa hazırlaşır. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, Fil Dişi Sahili millisinin sabiq üzvü bu dəfə məşqçi kimi "zadəganlar"a xidmət edəcək. Mövsümün sonuna qədər komandanın "sükan"ı arxasında olacaq Qus Hiddink hazırda ABŞ-da çıxış edən Droqbanı məşqçilər korpusunda görmək niyyətindədi. MLS liqasında mövsüm başa çatdığından, hollandiyalı mütəxəssis gələn mövsümün startına qədər "Montreal İmpakt"ın hücumçusunun köməyinə ehtiyac duyur.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının son turunda "Sanderlend"lə (3:1) qarşılaşmanı Hiddink və Droqba "Çelsi"nin sahibi Roman Abramoviçlə birlikdə izləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31