Meza Kolli son çempionla anlaşdı
21 Dekabr 2015 18:45 İdmanDünən "Qəbələ" ilə yollarını ayıran Derlis Meza Kollinin karyerasını harda davam etdirəcəyinə aydınlıq gəlib. Apasport.az saytının Paraqvay mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi bundan sonra ölkəsində çıxış edəcək. 27 yaşlı futbolçu Paraqvayın yüksək liqa təmsilçisi "Kerro Porteno" ilə razılıq əldə edib. Oyunçu keçidi ilə bağlı fikirlərini də bildirib: "Kerro Porteno" kimi böyük komandanın formasını geyinmək ən böyük xəyallarımdan biri olub".
Qeyd edək ki, "Kerro Porteno" Paraqvayın son Apertura çempionudu. 2013-2015-ci illərdə ölkəmizdə "İnter"in formasını geyinmiş Derlis Meza Kolli isə mövsümlərarası fasilədə "Qəbələ" ilə anlaşmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31