Güləşçilərimiz Dağıstandan 1 gümüş və 1 bürünc medalla qayıdır

Dağıstan Respublikasının Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub. 76 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza 42 kq çəki dərəcəsində turnirdə iştirak edən Tural Əsgərov qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31