“Real” 55 ildən sonra...

İspaniya La Liqasının XVI turunda baş tutan "Real" - "Rayo Valyekano" matçında tarixi rekord təkrarlanıb. Apasport.az saytının məlumatına görə, "kral klubu" buna 10:2 hesabı ilə qalib gələrək nail olub. Madridlilər bununla 55 illik rekordu təkrarlayıblar. Belə ki, komanda sonuncu dəfə 1960-cı ildə "Elçe" ilə görüşdə 10 qol həddinə çatmışdı (11:2). Ümumiyyətlə, bu, "Real"ın tarixi ərzində minimum 10 qol vurduğu 4-cü oyun olub. "Real"ın uelsli yarımmüdafiəçisi Qaret Beyl isə karyerası ərzində ilk dəfə məhz bu qarşılaşmada poker edib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 33-ə çatdıran "Real" liderlə aradakı xal fərqini 2-yə endirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31