Topaz Premyer Liqasında 8 cəzalı
21 Dekabr 2015 11:48 İdmanTopaz Premyer Liqasının XVIII turu 8 futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin ilk turunu buraxacaq futbolçulardan 3-ü qırmızı, 5-i sarı vərəqlər üzündən cəzalı duruma düşüb. "Rəvan"ın üzvlərindən Yamin Ağakərimzadə 8-ci, Kostyantin Maxnovski 4-cü dəfə xəbərdarlıq alıb. "Zirə"nin üzvü Adil Nağıyev də 4-cü dəfə sarı vərəqə ilə cəzalanıb. "Neftçi"də isə Erik Ramos 8-ə, Kaue da Silva 4-ə çatıb. Aylton Silva isə qırmızı vərəqə ilə cəzalanıb. "Kəpəz"dən Tural Nərimanov, "Sumqayıt"dan Emin Mehdiyev də eyni səbəbdən növbəti oyunu buraxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31