Teymur Rəcəbov imtina etdi, Şəhriyar Məmmədyarov qalib gəldi
21 Dekabr 2015 11:31 İdmanDohada şahmat üzrə "Qətər Masters Open" yarışına start verilib. Apasport.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov ilk turu qələbə ilə başa vurub. Qrossmeysterimiz ukraynalı Natalya Jukovanı məğlub edib. O, bu qara fiqurlarla Jonq Janqla (Çin) üz-üzə gələcək.
Qeyd edək ki, yarışda Teymur Rəcəbovun iştirakı da nəzərdə tutulsa da, həmyerlimiz son anda Qətərə getməkdən imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31