“Bavariya”da 4 müqavilə
18 Dekabr 2015 18:00 İdman"Bavariya"da 4 futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, müdafiəçi Jerom Bostenq, yarımmüdafiəçilər Xabi Alonso, Xavi Martines və hücumçu Tomas Müller komandada qalmaq qərarına gəliblər. Adıçəkilən oyunçuların hamısı bu gün klubla yeni müqavilə imzalayıb. Alonso mövsümün sonuna qədər olan anlaşmasının müddətini 2017-ci ilin yayına qədər uzadıb. Digər 3 futbolçu isə artıq 2021-ci ilə qədər Münhen klubuna məxsusdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31