Yığmamızın oyunlarının vaxtı müəyyənləşdi
18 Dekabr 2015 18:58 İdman2016-cı ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 3-12-də baş tutacaq turnirdə iştirak edəcək 14 komanda 3 qrupda mübarizə aparacaq. İki qrupda 5, birində 4 komanda yarışacaq.
1998-ci il təvəllüdlü futbolçulardan ibarət yığmaların mübarizə aparacağı turnirdə Azərbaycan millisi ilk oyununu Latviyaya qarşı keçirəcək. İki gündən bir meydana çıxacaq komandamız yer aldığı C qrupunda daha sonra müvafiq olaraq Bolqarıstan və Sloveniya ilə münasibətlərini ayırd edəcək.
Yanvarın 9-da keçiriləcək qarşılaşmalarla turnirin qrup mərhələsinə yekun vurulacaq. Ayın 11-də "pley-off", ertəsi gün isə həlledici görüşlər keçiriləcək.
4 yanvar
13:00 Sloveniya - Bolqarıstan
15:15 Azərbaycan - Latviya
6 yanvar
15:15 Latviya - Sloveniya
17:30 Azərbaycan - Bolqarıstan
8 yanvar
17:30 Bolqarıstan - Latviya
20:00 Sloveniya - Azərbaycan
11 yanvar
11:00 13-14-cü yerlər uğrunda
13:15 11-12-ci yerlər uğrunda
15:30 9-10-cu yerlər uğrunda
18:00 Yarımfinal
20:30 Yarımfinal
12 yanvar
13:00 7-8-ci yerlər uğrunda
15:15 5-6-cı yerlər uğrunda
17:30 3-4-cü yerlər uğrunda
20:00 Final