Ronaldo otel biznesinə başlayır
18 Dekabr 2015 18:56 İdmanMadrid "Real"ının futbolçusu Kriştianu Ronaldo otel açmaq qərarına gəlib. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı hücumçu bunu "Pestana Hotel Group" şirkəti ilə birlikdə reallaşdıracaq. Ronaldo "CR7" adlı 4 otel tikdirib, istifadəyə verəcək. Ümumi dəyəri 70 milyon avro olacaq mehmanxanalar Funşale, Lissabon, Madrid və Nyu-York şəhərlərində istifadəyə veriləcək. Bununla bağlı danışan Ronaldo gələcəklə bağlı düşündüyünü qeyd edib: "Futbol mənim işimdi, amma heç də həmişə belə olmayacaq. Özümü yeni layihədə sınamaq istəyirəm. Bu işdə mənə peşəkarlar kömək edəcək. Bu dünyada özümü sübut etmiş gənc insanam. Artıq gələcək, ailə və oğlum barədə düşünmək lazımdı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31