Millinin baş məşqçisi postundan ayrıldı
18 Dekabr 2015 18:52 İdmanMonteneqro yığmasının baş məşqçisi Branko Brnoviçlə yollar ayrılıb. Apasport.az saytı xəbər verir ki, milli ilə müqaviləsinin müddəti başa çatan çalışdırıcıya yeni sözləşmə təklif edilməyib. Nəticədə 2011-ci ildən "sükan" arxasında olan Brnoviçin Monteneqro millisindəki fəaliyyəti başa çatıb. Onun postuna kimin gətiriləcəyi hələ ki, açıqlanmır.
Qeyd edək ki, Monteneqro yığmasının yeni baş məşqçisinin adı gələn ilin əvvəllərində bəlli olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31