Millimizə Fransadan futbolçu dəvət edildi

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Trend AFFA-ya istinadən məlumat verir ki, "İnter"dən dəvət edilən Nadir Qasımov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb. Əvəzində iki futbolçu - Kamran Nəcəfəliyev ("Lokomotiv" Daşkənd, Özbəkistan) və Asim Abdullazadə ("FC92 Montrouge" Paris, Fransa) toplanışa dəvət olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31