Hakan Şükür Fətullah Gülənin yanına qaçdı - Türkiyəni silkələyən hadisə
17 Dekabr 2015 16:55 İdmanİstanbuldakı evini satan və bankdakı pulunu çəkdikdən sonra Türkiyədən ayrılaraq başqa bir ölkəyə köçən keçmiş futbolçu Hakan Şükür ABŞ-da ortaya çıxıb.
Qeyd edək ki, futbolçu bir müddət əvvəl Türkiyədə olan evini satışa çıxarıb. Onun evini satmaq qərarı Paralelə-gülənçilərə qarşı əməliyyatların daha sıx olduğu dövrdə olması diqqət çəkib. Bir müddətdir xaricdə olduğu deyilən, lakin hansı ölkədə olduğu dəqiq bilinməyən Hakan Şükürün, Kaliforniyaya ştatındakı San- Mateo şəhərində olduğu bildirilib.
Üç mərtəbəli binada mənzil alan Şükürün bankdan çəkdiyi pulları evə xərclədiyi bildirlib. O yaxınlarına "Bir daha Türkiyəyə dönməyəcəyəm, burada özümə iş quracağam" deyib. Köhnə futbolçunun "paralel struktura" yaxın olduğu üçün Türklərdən gözlədiyi diqqəti görmədiyi deyilir.