"İnter"dən açıqlama: "Məsələ həll olunacaq"
17 Dekabr 2015 12:14 İdmanUEFA klubdan ayrılan futbolçularına borcları ödəmək üçün 2016-cı ilin yanvarın 31-nə qədər vaxt verib. Əks təqdirdə klubu 3 illik avrokuboklardan kənarlaşdırılma cəzası gözləyir. Goal.az xəbər verir ki, "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov açıqlamasında məsələ ilə bağlı bunları deyib: "Bu məsələ rəhbərliyin nəzarəti altındadır. Yanvar ayına qədər həll olunacağı bildirilir".
Xatırladaq ki, "İnter" borclarla yanaşı, 50 min avro cərimə ödəməlidir, eyni zamanda məsələnin araşdırlmasına sərf olunan 3 min avro da klub tərəfindən ödəniləcək. Qeyd olunmuş cərimə və xərclər qərar kluba göndərildikdən sonra 30 gün ərzində ödənməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31