"Qalatasaray"ın sabiq baş məşqçisi yeni klubda

Türkiyənin "Qalatasaray" klubunun sabiq baş məşqçisi Hamza Hamzaoğlunun iş yeri müəyyənləşib. Goal.az xəbər verir ki, Hamzaoğlu bundan sonra "Bursaspor"un baş məşqçisi olacaq. Tərəflər arasında razılıq əldə olunub. "Qalatasaray"la 3 kubok qazanan 45 yaşlı mütəxəssis qış fasiləsində işinin icrasına başlayacaq.

Xatırladaq ki, Ertuğrul Sağlamla yolları ayıran "Bursaspor"a hazırda Ersel Uzgur rəhbərlik edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31