Güləşçilərimiz Dağıstana gedir
16 Dekabr 2015 12:14 İdmanDekabrın 19-20-də Dağıstan Respublikasının Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, məşqçi Namiq Quliyevin rəhbərliyi altında yığma komandamızın 12 üzvü qonşu respublikada qüvvəsini sınayacaq. Heyətdə Əlimuxtar Abbasov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), Əşrəf Aşurov (50 kq), Turan Bayramov, Əvəz Həmzəyev (hər ikisi 54 kq), Vahid Əlizadə (58 kq), Almazbek Süleymanov (63 kq), Rəşad Yusifli (69 kq), Fərid Hüseynli, Abdulmüslüm Məmmədov (hər ikisi 76 kq), Əli Əminzadə və Asxab Həmzətov (hər ikisi 100 kq) yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31