Futbolçu yaya qədər diskvalifikasiya olundu
15 Dekabr 2015 17:57 İdmanBraziliya millisi və "Şaxtyor"un futbolçusu Fred COMNEBOL tərəfindən 2016-cı ilin yayına kimi diskvalifikasiya olunub. Goal.az xəbər verir ki, 2015-ci ilin iyununda qanında qadağan olunmuş hidroxlorotiaz maddəsi aşkarlanıb və təkrar dopinq test də müsbət nəticə verib. Hücumçuya verilən bu cəza COMNEBOL-un bayrağı altıda keçirilən turnirlərə şamil olunur. FİFA, hələ ki bu məsələyə baxmayıb. Əgər dünyanın 1 nömrəli futbol qurumu diskvalifikasiyanı təsdiqləsə, Fred Rio Olimpiadasından kənarda qala bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31