Dünyanın məşhur hakimi də mavi çıxdı
Referi oriyentasiyası ilə fəxr etdiyini deyib
15 Dekabr 2015 16:17 İdmanDünyanın məşhur hakimi Bill Kennedi fərqli oriyentasiyası olduğunu deyib. ANS PRESS-in məlumatına görə, ABŞ-ın basketbol liqasının (NBA) tanınmış referisi Bill Kennedi homoseksual olduğunu etiraf edib. "Mən fəxr edirəm ki, ABŞ-ın basketbol liqasında hakiməm. Və mən fəxr edirəm ki, maviyəm. Mən gənc idmançılara numünə olacağıma inanıram. Onlar da əslində kim olduqlarından utanmamalıdırlar". Bir müddət əvvəl "Sakramento" "Boston" qarşılaşmasında ev sahibinin basketbolçusu Redjon Rondo iki texniki qayda pozuntusu alıb. Oyunçu hakimə iradını bildirərək Bill Kennedini təhqir edib.
Basketbolçunun hakim ilə mübahisəsi
Öz hərəkətlərinə görə basketbolçu bir oyunluq cəza alıb və cərimə olunub.
Ötən il Almaniya millisində adından söz etdirən, amma zədələr səbəbindən uğurunun davamını gətirə bilməyən Tomas Hitslşperger mavi olduğunu etiraf edib.

Tomas Hitslşperger
Tomas bildirib ki, karyerası ərzində bunu gizlədib, lakin etiraf etdikdən sonra oğlan sevgilisilə açıq şəkildə yaşamaq istəyir.