Azərbaycan növbəti mövsümə 2 pillə irəlidən başlayacaq

Azərbaycan UEFA reytinqində daha 2 pillə irəliləyəcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda təmsilçisi qalmayan ölkəmiz hazırda 26-cı pillədə qərarlaşsa belə, növbəti 2016/17 mövsümünə 24-cü yerdə başlayacaq. Hesabında 14,875 xal olan Azərbaycan bu nəticəni son 5 mövsümün nəticələrinə görə toplayıb. Klublarınız ölkənin reytinqinə 2011/12-də 1,375, 2012/13-də 3,000, 2013/14-də 2,500, 2014/15-də 3,625, 2015/16-da 4,375 xal yazdırıb. Növbəti mövsüm isə bunlardan birinin silinməsi ilə başlayacaq. Daim son 5 mövsümün göstəricilərini əsas götürən UEFA 2011/12 mövsümünü nəzərə almayacaq. Son 5 ildə ən zəif göstəricisini məhz həmin var gerçəkləşdirən Azərbaycanın xal hesabı 13,500-ə bərabər olacaq. Nəticədə ölkəmiz Avropanın 54 təmsilçisi siyahısında 24-cü olacaq. Hazırkı mövqeyi ilə müqayisədə 2 pillə irəlilədiyimizdən Kipr və İsraili arxada qoyacağıq. Buna əsas səbəb isə həmin ölkələrin 2011/12 mövsümündə uğurlu çıxış edib, sonra bunu davam etdirə bilməməyidi. Bu üzdən də İsrailin 6,000, Kiprin 9,125 xalı silinəcək. Məhz bu amil də onların ölkəmizdən geri düşməsinə əsas səbəbdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31