PFL daha bir oyunun vaxtını dəyişdi
14 Dekabr 2015 18:50 İdmanPeşəkar Futbol Liqası daha bir oyunun təqvimində dəyişiklik edib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu dəfə I divizionun bir matçının tarixi dəyişdirilib.
I divizionun XIII turunun MOİK - "Şəmkir" oyunu dekabrın 17-də yox, 18-də baş tutacaq. Dəyişikliyə səbəb görüşün canlı yayımlanmasıdı.
Qeyd edək ki, dekabrın 18-də keçirilməsi nəzərdə tutulan XIII tur oyunlarından sonra I divizionda fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31