“Qarabağ”ın qolu bizi şoka saldı” - Dennis Prat
11 Dekabr 2015 19:50 İdman"Anderlext" həmişə Avrokubok komandası kimi tanınıb, belə də davam etməlidi". Apasport.az saytının məlumatına görə, bunu "Anderlext"in gənc yarımmüdafiəçisi Dennis Prat deyib. Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı öz meydanında (2:1) məğlub edən Brüssel təmsilçisi adını 1/16 final mərhələsinə yazdıra bilib. Qarşılaşma ilə bağlı Belçika mətbuatına açıqlama verən 21 yaşlı hücumameyilli futbolçu ilk qolun "Qarabağ"dan gələcəyini gözləmədiklərini söyləyib: "Qarabağ"ın qolu bizi şoka saldı. Amma yaxşı ki, çox tez özümüzə gəldik və ardıcıl qollarla önə keçdik. Fasilədə "Tottenhem"in "Monako" ilə matçda 3:0 hesabı ilə öndə olduğunu öyrəndik. Bu səbəbdən də ikinci hissəyə bir qədər rahat çıxdıq. Bilirdik ki, ən pis halda bərabərlik belə, bizə sərf edəcək. Çalışdıq dəqiq ötürmələrlə oyuna nəzarəti əldən verməyək. Böyük komanda olduğumuzu bir daha göstərdik".
Qeyd edək ki, "Anderlext" 10 xalla qrupu ikinci pillədə tamamladı. Belçika təmsilçisi ilə yanaşı, "Tottenhem" də Avropa Liqasında mübarizəni davam etdirməyi bacarıb.