Robert Prosineçki: Mənim bu söhbətdən xəbərim yoxdu
11 Dekabr 2015 18:45 İdman"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin Xorvatiyanın "Riyeka" klubunun maraq dairəsinə düşməsi Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə əlaqələndirilir. Apasport.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisinin "Riyeka"ya məhz Prosineçkinin məsləhət gördüyü güman edilir. Lakin xorvatiyalı mütəxəssis bu məsələdə adının hallanmasından narahatdı. Prosineçki əməkdaşımızla söhbətində "Riyeka"nın Rahidi istəməsindən xəbərsiz olduğunu açıqlayıb: "Mənim bu söhbətdən xəbərim yoxdu".
Qeyd edək ki, bu ilin əvvəlində Split "Hayduk"una keçərək, yarım mövsüm Xorvatiyada çıxış edən Ruslan Qurbanovu məhz Prosineçki həmyerlilərinə məsləhət görmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31