Güləşçilərimiz ilk beşlikdə yer alıb
11 Dekabr 2015 11:46 İdmanDünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. AGF-dən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Yunan-Roma güləşi üzrə reytinq siyahısına 12 güləşçimizin adı daxil edilib. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionluğuna yiyələnən Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir güləşçimiz son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov olub. O reytinqdə ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir. O, bundan əvvəlki reytinq sıralamasında 4-cü idi. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti reytinq siyahısında mövqeyini 1 pillə də yaxşılaşdırıb. Ötən siyahıda 5-ci olan güləşçimiz, bu dəfə ilk dördlükdə qərarlaşıb. Bundan başqa, daha 4 güləşçimiz də ilk onluqda yer alıb.