Azərbaycan məktəbliləri Koreyada 2 gümüş və 3 bürünc qazanıb

Cənubi Koreyanın Dequ şəhərində yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 6 nəfər şagird və 3 nəfər müəllim heyəti ilə olimpiadada çıxış edən Azərbaycan məktəbliləri yeni bir uğura imza atıb. Belə ki, 43 ölkənin iştriak etdiyi bu olimpiadada Azərbaycan məktəblilərindən Hüseyn Babayev və Cəfər İsbarov gümüş, Turan Bədəlli, Emin Qayıbov və Turan Məmmədli bürünc medal qazanıblar. Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31