Qadın güləşçilərimiz reytinqdəki mövqelərini qoruyub

Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, qadın güləşçilərin reytinq sıralamasında 9 güləşçimizin adı var. Bakıda keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri Ⅶ beynəlxalq turnirinin final mərhələsində gümüş medal qazanan Nataliya Sinişin 4 pillə irəliləyərək reytinqdə 7-ci sırada qərarlaşıb. 60 kq-da mübarizə aparan İrina Netreba bir pillə irəliləyərək 4-cü sıraya yüksəlib. Son Dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer) və Nadya Muşka (63 kq, 14-cü yer) olub. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31