“Onlara xoş olmayan anlar yaşatmağa çalışacağıq” - Odina Bayramova

"Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərə biləcəyik. Dinamo çox güclü rəqibdi". Apasport.az saytının məlumatına görə, bunu "Azərreyl"in voleybolçusu Odina Bayramova deyib. Komandasının kapitanı Çempionlar Liqasında Kazan "Dinamo"su görüş öncəsi iddialı danışıb. O bildirib ki, öz oyunlarını göstərə bilsələr, səfərdəki 0:3 hesablı məğlubiyyətin qisasını alacaqlar: "Biz onlara xoş olmayan anlar yaşatmağa çalışacağıq. Komandamıza inanıram. Bu oyun bizim üçün böyük sınaq olacaq. Qarşılaşmaya tam hazır olduğumuzu deyə bilərəm".

Qeyd edək ki, bu gün "Azərreyl" İdman Bazasında keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31