“Krasnodar” polşalı müdafiəçisini "Qəbələ" ilə oyuna gətirmir

"Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Krasnodar" Bakı səfəri öncəsi bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, polşalı müdafiəçi Artur Endjerçik ölkəsinə qayıdıb. Əsas heyətə düşməkdə çətinlik çəkən 28 yaşlı futbolçu AVRO-2016-da Polşa millisinin heyətində yer almaq istəyir və Krasnodar klubundan oyun praktikası toplamaq üçün "Legiya"ya icarə verilməsini xahiş edib. Onun istəyini nəzərə alan ruslar təcrübəli oyunçunu mövsümün sonuna qədər "Legiya"ya icarəyə veriblər.

Qeyd edək ki, Artur Endjerçik "Krasnodar"a 2013-cü ildə məhz "Legiya"dan keçmişdi. O, geridə qalan iki il ərzində Rusiya klubunun heyətində 70 oyun keçirib, 1 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31