Luis Enrike müəlliminin 16 il əvvəl etdiyini təkrarladı
7 Dekabr 2015 19:00 İdmanİspaniya çempionatının XIV turu çərçivəsində keçirilmiş "Valensiya" - "Barselona" oyununda qonaqların baş məşqçisi Luis Enrike əvəzlənməyə ehtiyac duymayıb. Apasport.az saytının məlumatına görə, bununla da təcrübəli çalışdırıcı keçmiş məşqçisi Lui van Qalın göstəricisini təkrarlayıb. Məsələ burasındadı ki, sonuncu dəfə 1998-1999 mövsümündə "Ekstremadura" ilə görüşdə van Qal heyətdə dəyişikliyə ehtiyac duymamışdı. Maraqlıdı ki, həmin oyunda qol vuran Luis Enrike 16 ildən sonra bu dəfə özü eyni addımı atıb. Andre Ter-Şteten, Mark Bartra, Munir Əl-Həddadi, Sandro Ramires, Adriano Korrea, Tomas Vermalen və Serxi Roberto 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirməli olublar.
Qeyd edək ki, "Valensiya" - "Barselona" görüşü 1:1 hesabı ilə nəticələnmişdi.