Azərbaycanlı referi üçün daha bir təyinat – “Lozanna”nın avrokubok matçı

Beynəlxalq dərəcəli azərbaycanlı referi Fikrət Axundov Avropa Voleybol Konfederasiyasından növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz kişi komandalar arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Munisipal" (Rumıniya) - "Lozanna" (İsveçrə) matçında ədaləti qoruyacaq.

O, Zalauda olacaq qarşılaşmada ikinci hakim funksiyasını yerinə yetirəcək. Oyunun əsas referisi Aleksandros Milonakis təyin edilib.  Görüş dekabrın 16-da keçiriləcək.

Qeyd edək ki, bu klubların ilk matçında rumınlar 3:1 hesabı ilə qalib gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31