90 yaşlı azarkeş avtobusun altında qaldı
7 Dekabr 2015 18:50 İdman"Arsenal"ın ən yaşlı azarkeşlərindən biri Erni Krauç daha London klubunu dəstəkləyə bilməyəcək. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 90 yaşlı ingilis bədbəxt qəza nəticəsində dünyasını dəyişib. Belə ki, ölüm Krauçu Premyer Liqanın XV turu çərçivəsində keçirilmiş "Arsenal" - "Sanderlend" matçını izləmək üçün stadiona gedərkən yaxalayıb. Veteran azarkeş avtobusun altında qalıb. Buna səbəb güclü küləyin əsməsi olub.
Qeyd edək ki, Krauç ilk dəfə 1934-cü ildə "Arsenal"ın oyununu stadiondan izləyib və elə həmin vaxtdan "topçular"a azarkeşlik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31