“Qarabağ”ın rəqibində ayrılıq siqnalı
7 Dekabr 2015 18:42 İdmanAvropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Monako" gələn ay aparıcı oyunçularından biri ilə vidalaşacaq. Apasport.az saytı Fransa mətbuatına istinadən xəbər verir ki, söhbət Joao Moutinyodan gedir. Portuqaliyalı yarımmüdafiəçi komandasının Liqa-1-də çempionluq mübarizəsi apara bilməməsindən narazıdı. Bundan əlavə, Fransa çempionatının səviyyəsi 29 yaşlı futbolçunu tam qane etmir. Moutinyonu "Yuventus" və Dortmund "Borussiya"sı heyətlərində görmək istəyirlər. Hər iki komanda təcrübəli yarımmüdafiəçi ilə danışıqlara artıq start verib.
Qeyd edək ki, "Monako"nun Avroliqada "Qarabağ"la keçirdiyi hər 2 görüşdə Moutinyo 90 dəqiqə meydanda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31