FHN-nin əməkdaşı Pərviz Abdullayev “Glory World Series”də qələbə qazandı

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşı, Füzuli Musayevin tələbəsi, "Kobra-Pərviz" ləqəbi ilə tanınan Azərbaycanlı kikboksçu Pərviz Abdullayev 41-ci dəfə qalib olub. İdmançı Amsterdam şəhərində kikboksinq üzrə keçirilən "Glory World Series" adlı böyük peşəkar yarışa qatılıb. 5 qat dünya çempionu Pərviz Abdullayev FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin rəhbərliyi altında Azərbaycanı ilk dəfə olaraq yarışda təmsil edib. P.Abdullayev rəqibi mərakeşli Aziz Kallahı məğlub edərək tam üstünlüklə qələbə qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31